ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan millisinin baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə onun meneceri Tolgahan Tuğlu qardaş ölkənin mətbuatına açıqlama verib. O, Azərbaycandan Engin Fıratla maraqlandıqlarını söyləyib: "Rəsmi təklif gəlsə, danışıqlara başlayacağıq. Menecer Keniya yığmasından ayrıldıqdan sonra mütəxəssisə ərəb ölkələrindən çox təklif gəldiyini deyib. "Azərbaycandan mənə çox zənglər gəlib. Nə qədər rəsmi şəxslər olduğunu bilmirəm. Amma maraq həqiqətən böyükdür. Lakin mənə çatan rəsmi təklif yoxdur. Engin Fırat Azərbaycan millisinə gedər? Əlbəttə. Ora qardaş ölkədir. Azərbaycanda hocanın hörmət etdiyi futbol mədəniyyəti var".Tolgahan Tuğlu baş məşqçinin Keniyadakı karyerasının uğurlu alındığını söyləyib: "Azərbaycan millisində uğurlu nəticələr əldə edə bilər. Engin hoca öləni dirildir. Keniyada etdikləri hər kəsə bəllidir. Siz fikirləşin Azərbaycan yığması ilə nələr edər".Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ötən gün istefaya göndərilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.