AZ

"Vaxt" ustası

Müşfiq Məmmədov 1972-ci ildə Qubadlının Mərdanlı kəndində sadə bir kolxozçu ailəsində dünyaya göz açıb.  Bu kəndin torpağında doğulmaqla  xalqın zəhmətə, halal çörəyə olan sevgisini də öz ruhunda daşımağa başlayıb.

O, 1989-cu ildə orta məktəbi başa vurduqdan sonra Bakı Tədris Kurs Kombinatında saatsaz ixtisası üzrə təhsil alaraq ilk peşəkar addımlarını atmağa başlayıb. Bu sahə onun üçün təkcə bir gəlir mənbəyi deyil, həm də həyat tərzi, zamanla qurulan bir bağ olmuşdur.

1990-cı ildə hərbi xidmətə çağırılan Müşfiq keçmiş SSRİ ordusunun tərkibində xidmət etmişdir. Lakin onun həyatı vətən torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlarla yadda qalmışdır. 1992-1993-cü illərdə Topağac uğrunda gedən ağır döyüşlərdə iştirak edən Müşfiq ayağından və alnından yaralanmışdır.

1993-cü ildən etibarən Sumqayıtda məskunlaşmış Müşfiq yenidən sevimli peşəsinə qayıtmışdır. 32 illik zəhmətlə dolu həyatında o, minlərlə saata "həyat vermiş", vaxtın dəyərini insanlara öyrətmişdir.

Müşfiq sənətini övladına da ötürmüşdür. Oğlu Nurlan atasının yolunu davam etdirərək bu dəqiq peşənin sirlərinə yiyələnmişdir. 

İ.MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhər sakini

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr