“Zirə”nin Ukrayna vətəndaşı olan futbolçusu Eldar Quliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Ukrayna oyunu barədə danışıb.
Publika.az xəbər verir ki, 23 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi doğulduğu ölkəni cütün favoriti adlandırıb. Quliyev yığmamızın şansının çox az olduğunu düşünür:
“Ev oyunlarında, hətta müdafiədən oynasa belə, rəqibin kimliyindən asılı olmayaraq, Azərbaycanın hər zaman imkanları olur. Amma Ukrayna millisinin futbolçuları hər şeyi düzgün etsələr, qonaqların ciddi problemi olmamalıdır. Hesabın necə olacağını bilmirəm, amma səviyyə baxımından Ukrayna millisi üstündür. Əgər meydan sahibləri müsbət nəticə əldə etsələr, bu, böyük sensasiya kimi görünəcək”.
“Zirə”nin orta sahə oyunçusu Fernandu Santuşun istefaya göndərilməsinin millimizə ciddi təsir edəcəyinə inanmır:
“Santuşun gedişi meydan sahiblərinə daha yaxşı çıxış etməyə kömək etməyəcək. Ancaq müəyyən qədər komanda emosional enerji ala bilər, bundan artıq yox. Bu qədər qısa müddətdə yeni məşqçinin köklü dəyişiklik etməsi mümkün deyil”.
Azərbaycan millisindən tez-tez təklif aldığını etiraf edən Quliyev arzusunun Ukrayna yığmasında oynamaq olduğunu deyib: