AZ

Hərbi xidmətdən yayınan həkimə hökm oxundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağsu rayonunda hərbi xidmətdən yayınan həkim məsuliyyətə cəlb edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Cəmşid Eminlinin 2024-cü il tarixdə hərbi xidmətdən möhlət hüququ bitsə də, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçmək üçün dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə müayinələrə gəlməyib. 1995-ci il təvəllüdlü C.Eminli Bakıda klinikalardan birində həkim işləsə də, komissiyaya xəstə olduğunu bəhanə gətirib və tibbi müayinədən imtina edib. O, guya ayağından xəsarət aldığını bəhanə edərək 30 yaşı tamam olana qədər xidmətdən yayınmağa cəhd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin məsul şəxsləri dəfələrlə onun yaşadığı ünvana getməsinə baxmayaraq, C.Eminli bu çağırışları rədd edib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilir.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə C.Eminli 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib.
Samir Əli
Seçilən
74
4
oxu.az

6Mənbələr