AZ

"Barselona" onunla vidalaşdı

“Barselona” futbolçusu Oriol Romeu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya nəhəngi 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Təcrübəli oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Oriol Kataloniya klubunun akademiyasına 2004-cü ildə qoşulub. 2011-ci ildə “Çelsi”yə transfer olunan ispaniyalı yarımmüdafiəçi sonrakı illərdə “Sauthempton” və “Jirona”da çıxış edib. 2023-cü ildə yenidən “Barselona”ya qayıdan futbolçu əsas komandada 39 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
36
1
football-plus.az

2Mənbələr