Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan komanda Bakıda Ukrayna yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub.