AZ

Məşhur reperin qətlini sifariş edən bəlli oldu

“P.Diddy”​ təxəllüsü ilə tanınan amerikalı musiqiçi və prodüser Şon Kombsun məhkəmədə reper Tupak Şakurun və “Death Row Records!” səsyazma şirkətinin yaradıcısı Suqe Naytın qətlini sifariş etdiyi iddia olunub.

Kulis.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb. Qatil olduğu iddia edilən “Crips” cinayətkar dəstəsinin keçmiş üzvü Dueyn Devis ifadəsində bunu bildirib.

Qeyd edək ki,əfsanəvi sənətçi Tupak 1996-cı ildə Amerikanın Şərq və Qərb sahillərindən olan hip-hop sənətçiləri arasında yaşanan münaqişə zamanı öldürülüb.

Seçilən
7
3
kulis.az

5Mənbələr