AZ

ATƏT-in Daimi Şurası Ukraynaya dair növbədənkənar iclasını çağırıb

Finlandiya Ukraynanın xahişi ilə sentyabrın 9-da ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb.

7Times.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.

“Biz bütün beynəlxalq forumlarda Rusiyaya beynəlxalq təzyiqləri artırmaq üçün fəal işləyirik”, – deyə Sibiqa bildirib.

Nazirin sözlərinə görə, bu görüş Rusiyanın son zamanlar çoxsaylı mülki əhalinin tələfatına və dağıntılarına səbəb olan kütləvi hücumlarına cavab olacaq.

Seçilən
15
4
7times.az

10Mənbələr