AZ

Araqçi və Qrossi Qahirədə yeni əməkdaşlıq formatı üçün bir araya gələcək

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisiüzrə Beynəlxalq Agentliyin baş direktorur Rafael Qrossi Misirpaytaxtı Qahirədə bir araya gələcək.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə İran və agentlik arasındaqarşılıqlı əməkdaşlığın yeni formatı ilə əlaqədar müzakirələrinyekunlaşdırılması diqqət mərkəzində saxlanılacaq.

Bəqai əlavə edib ki, qorunma öhdəliklərinin icrası üçün İran vəagentlik arasında qarşılıqlı əməkdaşlığın formatı İran və AEBAnümayəndələri arasında 3 raund müzakirələr əsasında tənzimlənib vəyekun mərhələdədir. Bu formatda İranın nüvə obyektlərinə hərbi havahücumları ilə əlaqədar reallıqlar, İran parlamentinin qəbul etdiyiqanun və Ali Milli Təhlükəsizlik Şurasının rəyləri nəzərdətutulub.

Bəqai bildirib ki, İran xarici işlər nazirinin Misirə səfəriçərçivəsində iki ölkə arasında danışıqların yeni raundu keçiriləcəkvə nazir Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcək.

Əlavə edək ki, iyun ayında İranın nüvə obyektlərinə hərbi havahücumlarından sonra İranın AEBA ilə əməkdaşlığı minimumaendirilib.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.

Məqalədə:
Seçilən
104
az.trend.az

1Mənbələr