AZ

41 yaşlı mühafizəçi 15 yaşlı məktəbli ilə intim münasibətdə olub

Sankt-Peterburqda 15 yaşlı miqrant məktəbli ilə intim münasibətdə olan 41 yaşlı mühafizəçi saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Məlumata görə, kişi ilə məktəbli arasındakı münasibət yanvar ayında başlayıb və altı ay davam edib. Cütlük görüş yeri kimi mühafizəçinin Oktyabr sahilindəki evini seçib.

Faktla bağlı nalayiq hərəkətlər və on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddələri ilə cinayət işi açılıb.

Xəbər 2 dəfə oxunub.
Seçilən
88
xezernews.az

1Mənbələr