BAKI, 9 sentyabr. TELEQRAF
Polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S.Əliyev, 37 yaşlı P.Himmətov və 31 yaşlı F.Abdullazadə saxlanılıblar.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.