AZ

Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Rostov vilayətində "An-2" təyyarəsi kənd təsərrüfatı işləri zamanı qəzaya uğrayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsindən məlumat verilib.
Fövqəladə hallar xidmətlərinin məlumatına görə, təyyarənin qəzaya uğramasına pilot xətası səbəb ola bilər. Həmçinin qeyd edilib ki, qəza nəticəsində pilot həyatını itirib.
"Moskva vaxtı ilə saat 9:20-də "An-2" təyyarəsinin Morozov fermasından 4 km cənub-şərqdə kənd təsərrüfatı işləri zamanı qəzaya uğraması barədə məlumat daxil olub. İlkin məlumata görə, pilot ölüb", - deyə bildirilib.
Seçilən
22
oxu.az

1Mənbələr