AZ

Pakistan Ermənistanı tanımağa hazırlaşır – ÖZƏL

Pakistan Ermənistanı BMT üzvü kimi tanımaq niyyətindədir və bunun müqabilində Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün razılıq əldə etməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə TASS BMT-dəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Pakistanın bu addımı atması gözlənilir və qarşılığında Aİİ-yə üzvlük məsələsində konsensus əldə olunacaq. Digər diplomatik mənbə isə prosedurların bir neçə həftədən bir neçə aya qədər çəkə biləcəyini bildirib. O, Ermənistan və Azərbaycanın sülh sazişi imzalamasının bu məsələdəki maneələri aradan qaldırdığını vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri avqustun 31-də Çində diplomatik münasibətlərin qurulmasına dair kommunike imzalayıblar. Buna qədər Pakistan Ermənistanı tanımayan yeganə dövlət idi. Bu mövqe uzun illər ərzində İslamabadın Bakıya dəstəyi ilə bağlı olub.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov da iki ölkə arasında təmasların bərpasını alqışlayaraq, bunu "irəliyə doğru atılmış addım" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
65
olaylar.az

1Mənbələr