Bakı, 9 sentyabr, AZƏRTAC
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, təyyarə Morozov kəndindən təxminən 4 kilometr aralıda "Rodnik" ASC-nin ərazisinə düşüb.
Məlumatda qeyd edilir ki, “An-2” təyyarəsi kənd təsərrüfatı işləri zamanı qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.