AZ

Tailand keçmiş baş naziri həbs cəzasına məhkum edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tailandın PBS" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, həmçinin üç həkim də cəzalandırılıb. Onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman xəstəliyi kritik vəziyyətdə olmayıb.
Taksin Çinavata 15 ildən çox sürgündən sonra 2023-cü ilin avqustunda Tailanda qayıdıb. Ona qarşı ümumilikdə səkkiz il müddətində həbs cəzası təyin edilib.
Çinavat 2001-2006-cı illərdə Tailandın baş naziri vəzifəsində çalışıb. O, Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edərkən ordunun Baş Qərargah rəisi Sontha Bunyaratqlinin başçılıq etdiyi bir qrup hərbçi dövlət çevrilişi edib. Çinavat xaricdə qalmağa məcbur olub. O, 2008-ci ildə məhkəmə qarşısına çıxmaq üçün Tailanda səfər edib. Siyasətçi həbs olunsa da, zaminə buraxılıb, sonra yenidən ölkəni tərk edib.
2008-ci ildə məhkəmə Çinavatı dövlət torpaqlarının alınması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə qiyabi olaraq, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 2019-cu ilin aprel ayından o, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və korrupsiyaya görə müxtəlif cəzalara məhkum edilib.
Seçilən
64
26
oxu.az

10Mənbələr