AZ

Bakı–Sumqayıt yolunda avtoqəza olub, tıxac yaranıb » AzadMedia.az


Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib.
Seçilən
32
27
azadmedia.az

10Mənbələr