AZ

"Lənkəran" amerikalı basketbolçu ilə gücləndi

Transfer çalışmalarını davam etdirən "Lənkəran" basketbol klubu daha bir legionerlə güclənib.

Klubdan Teleqraf-a verilən məlumata görə, eyniadlı şəhərin təmsilçisi amerikalı basketbolçu Nmeso Nnbedumu heyətinə qatıb. 24 yaşlı basketbolçu 195 sm boya malikdir. "Lənkəran" Nmesonun ilk Avropa macərası olmaqla yanaşı həm də ilk peşəkar komandasıdır.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Raşed Dyson və Teron Montqomery transferlərini həyata keçirib.

Seçilən
50
teleqraf.com

1Mənbələr