AZ

“Şəhidlər Xiyabanı strateji məkan kimi 24 saat nəzarət altında olmalıdır” - QHT sədri

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov Şəhidlər Xiyabanında müşahidə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Şəhidlər Xiyabanı turizm obyekti deyil, milli qürur mənbəyi və strateji məkan kimi daim nəzarət altında saxlanılmalıdır:

“Bura gələn hər kəs ümumi yoxlanışdan keçməli, daimi kamera nəzarəti altında olmalıdır. İstənilən artıq hərəkətin qarşısı dərhal alınmalıdır və elə şərait yaradılmalıdır ki, belə hallara heç şans belə qalmasın. Leninin mavzoleyində 24 saat əsgər xidmət edirdi. Biz isə o müqəddəs məkanı nəzarətsiz etmişik ki, burada xoşagəlməz hallar yaşanır”, – deyə Şahin Rəcəbov bildirib.

İcraçı direktor həmçinin qeyd edib ki, strateji dövlət obyektlərinin icazəsiz çəkilişinin və sosial şəbəkələrdə paylaşılmasının qadağan edildiyi kimi, Şəhidlər Xiyabanında da bu məsələyə ciddi nəzarət olunmalıdır.

 

Pərvanə Fərhadqızı

Seçilən
74
qht.az

1Mənbələr