Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İrəvanda İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Ruben Rubinyan görüşdə bildirib ki, Ermənistan üçün dost İranla qarşılıqlı hörmət və etimad əsasında qurulmuş ikitərəfli münasibətlər böyük önəm daşıyır: "Ölkələrarası səfərlər isə əməkdaşlıq gündəliyini genişləndirməyə, aktiv dialoqu və sıx əməkdaşlığı davam etdirməyə kömək edir".
Vahid Cəlalzadənin xahişi ilə Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin təfərrüatlarını təqdim edib.
Görüş zamanı digər regional inkişaflar da müzakirə olunub.