AZ

Mərkəzi Bank sığorta agentini cərimələdi

BAKI, 9 sentyabr. TELEQRAF

Mərkəzi Bank fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğluna 1 500 manat maliyyə sanksiyası tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, tənzimləyici tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.

Seçilən
32
14
teleqraf.com

10Mənbələr