AZ

Daxili qoşunların hərbçiləri bu hallarda nəqliyyat vasitələri, binalara daxil ola biləcəklər

Bakı. Trend:

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyatvasitələrinə daxil olma qaydaları müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularıaşağıdakı hallarda nəqliyyat vasitələrinə daxil olabiləcəklər:

  • insanların həyatını xilas etmək zərurəti yarandıqda;
  • fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanlarıntəhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinəyetirdikdə;
  • cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinənşəxslər saxlanıldıqda;
  • cinayətlərin qarşısı alındıqda;
  • terror təhlükəsi barədə məlumat alındıqda;
  • fövqəladə halların nəticələri aradan qaldırıldıqda.

Nəqliyyat vasitəsinə daxil olma faktı ilə əlaqədar daxiliqoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanınıdərhal məlumatlandıracaq.

Nəqliyyat vasitəsinə onun sahibinin məlumatı olmadan və yairadəsi ziddinə daxil olma faktı qanunla müəyyən edilmiş qaydadatəxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanındaqeydiyyatdan keçirilməlidir.

Həmçinin, qanun layihəsində daxili qoşunların hərbiqulluqçuları tərəfindən ərazilərə, yaşayış yerlərinə, binalara vədigər tikililərə daxil olma qaydaları damüəyyənləşdiriləcək.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularıaşağıdakı hallarda ərazilərə, yaşayış yerlərinə, binalara və digərtikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olabiləcəklər:

  • insanların həyatı xilas edildikdə və əmlakları təhlükədənqorunduqda;
  • cinayətlərin qarşısı alındıqda, cinayət törətmiş və ya cinayəttörətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;
  • fövqəladə və ya hərbi vəziyyət rejimi zamanı, habelə diniekstremizm və terror əleyhinə xüsusi əməliyyatlarkeçirildikdə.

Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxilolma ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisinivə yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxilolma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadanprotokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdankeçirilməlidir.

Bununla yanaşı, qanun layihəsində daxili qoşunlarınhərbi qulluqçuları tərəfindən ərazilərin, yaşayış yerlərinin,binaların və digər tikililərin dövrələnməsi qaydaları damüəyyənləşdiriləcək.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularıəməliyyat rəisinin, bu mümkün olmadıqda hərbi hissə və ya bölməkomandirinin qərarı (əmri) ilə aşağıdakı hallarda əraziləri,yaşayış yerlərini, binaları və digər tikililəri dövrələyəbiləcəklər:

  • fövqəladə halların, təbii fəlakətlərin və ya texnogenxarakterli qəzaların nəticələrinin aradan qaldırılması vəzifələriyerinə yetirildikdə;
  • epidemiya və epizootiya zamanı karantin tədbirləri tətbiqedildikdə;
  • kütləvi iğtişaşların və qrup halında ictimai qaydanınpozulmasının qarşısının alınması tədbirləri yerinə yetirildikdə,habelə dövlət orqanlarının (qurumlarının), mühüm əhəmiyyətliobyektlərin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olan hallararadan qaldırıldıqda;
  • silahlı təhlükəli şəxs, cinayət törətməkdə şübhəli bilinən,məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəzaçəkməkdən boyun qaçıran şəxslər axtarıldıqda;
  • mühafizə edilən əraziyə qanunsuz daxil olmuş şəxslər müəyyənedildikdə;
  • partlayıcı qurğu və maddələr, habelə zəhərləyici və radioaktivmaddələr axtarıldıqda.

Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərindövrələnməsi zamanı təhlükəsizliyin təmin edilməsi, ictimaiqaydanın qorunması və axtarış tədbirlərinin aparılması, həmçinincinayətin törədildiyi yerin mühafizəsi üçün nəqliyyatın vəpiyadaların hərəkəti məhdudlaşdırıla biləcək.

Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərindövrələnməsi ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyükrəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərindövrələnməsi qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadanprotokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdankeçirilməlidir.

Seçilən
50
3
az.trend.az

5Mənbələr