BAKI, 9 sentyabr. TELEQRAF
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitəyə daxil olan layihədə Daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olmasına dair müddəa qanunvericilikdən çıxarılır.
“Daxili qoşunların statusu haqqında” qanuna əsasən, daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.