AZ

“Gürcü Arzusu”nun azərbaycanlı deputatı: “Mənim sözümlə sərhədmi açacaqlar…”

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bir neçə gün öncə Gununsesi.info-nun əməkdaşı Azərbaycan Gürcüstan sərhədinin bağlı qalması  barədə  reportajı qonşu Gürcüstanda böyük maraqla qarşılanıb.

Hətta Gürcüstan mediası  azərbaycanlıların kompakt yaşadığı bölgədən olan reportajımızı yayımlayıb. 

Qeyd edək ki, həmin materialda soydaşlarımız Gəncə-Qazax bölgəsində yaşayan qohum-əqrabalarının xeyir-şərinə gedə bilməmələrindən narazılıq edib.

Onlar Azərbaycan hökumətini  heç olmasa Gürcüstan azərbaycanlıları üçün sərhədi açmağa çağırıb.

BUNA DA BAX:

Gürcüstan azərbaycanlıları intizarda:

 Bəs görəsən, Gürcüstan Parlamentinin Azərbaycandan olan deputatları bu barədə nə düşünür?

Gununsesi.info-nun əməkdaşı  hakimiyyət deputatlarından biri olan Savalan Mirzəyevlə əlaqə saxlayıb.

Ancaq deputat nədənsə bu barədə sualımızı aqressiv qarşılayıb.

“Mən kiməm ki, sərhəd məsələsindən danışam. Hökumətimiz Azərbaycan tərəfi ilə dəfələrlə baş nazir səviyyəsində danışıb. Mən nə danışasıyam ki? Mən sözümlə sərhədmi açacaqlar?” deyən Savalan Mirzəyev dəstəyi asıb.

Olduqca intelekdən kənar olan bu deputatın səviyyə açığı bizi təəccübləndirdi.

Savalan Mirzəyevin bu mpvzuya qorxaqcasına yanaşması və seçicilərinin iradəsinə zidd mövqeyi bir zamanlar Cənubi Qafqazın ən demokratik ölkəsi olan Gürcüstanın düşdüyü  durumun ifadəsi sayıla bilər.

Elmar  Elnuroğlu

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
icma.az

1Mənbələr