“Ayan toya ilk dəvət olunanlardandır. O gəlməsə də, mən Ayanın balasının toyuna gedərəm”.
Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.
O, illərdir dostluq etdiyi və duet ortağı olan Ayan Babakişiyevanın onun oğlu Əzizin toyunda iştirak etməməsinə münasibət bildirib:
“Ayan toya ilk dəvət olunanlardandır. Birinci toyumuza gəlib. Bu toya gəlməyibsə, deməli işi olub. Mən incimirəm, küsmürəm. Mənim sənət dostumdur. İnşallah onun balasının xeyir işi olar, sevərək qatılaram. Aramızda inciklik yoxdur”.