AZ

Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirilib

Bakı. Trend:

Cari ilin 7 sentyabr tarixində Fransa müstəmləkəsi olanKorsikanın Bastiya şəhərində Forza Novanın (Korsikanınmüstəqilliyini dəstəkləyən siyasi partiyalardan biri) çağırışı iləyüz nəfərdən çox şəxs etiraz aksiyası keçirib.

Bu barədə Trend-ə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, aksiyanın keçirilməsinə səbəb 19 yaşlı korsikalıgəncin ölkəyə qeyri-qanuni yolla gəlmiş şəxs tərəfindən bıçaqzərbələri nəticəsində xəsarət alması olub.

Gəncin ailə üzvləri də etirazçılarla birlikdə aksiyada iştirakediblər. Onlar, Françeskunun dostları ilə birlikdə hücuma müqavimətgöstərdiyini, lakin ağır yaralandığını bildiriblər. Etirazçılartərəfindən səsləndirilən bəyanatlarda, “Korsikanın heç vaxtzorakılıq və xaos meydançasına çevrilməyəcəyi” vurğulanıb. Aksiyadanümayiş olunan plakartların üzərində “biz nə qurban, nə də şəhidolacağıq, hər zaman öz torpağımızı qoruyacağıq” şüarlarısəsləndirilib.

Aksiya iştirakçıları zərərçəkmiş şəxsə və onun ailə üzvlərinədəstəyini ifadə edərək, hadisənin hüquqi müstəvidə davametdirəcəklərini diqqətə çatdırıblar. Etirazçılar Fransa tərəfindəntəyin olunmuş rəsmiləri tənqid etməklə kifayətlənməyib, onlarıntədbirdə iştirak etməməsini Fransanın Korsikaya olan ədalətsizsiyasəti kimi qiymətləndiriblər. Bu mövqe, mərkəzi hakimiyyətlə adaəhalisi arasında artan inamsızlığın daha bir göstəricisi kimi qəbuledilib.

Qeyd edək ki, Korsikalıların dərin narazılığının kökündə Fransahökumətinin adanın demoqrafik tərkibini məqsədli şəkildədəyişdirməyə yönəlmiş siyasəti dayanır. Bu siyasət çərçivəsindəhökumət, Korsikaya qeyri-korsikalı əhalinin məqsədyönlü şəkildəköçürülməsini təşviq edir, bu da adanın yerli mədəni və etnikkimliyinin zəiflədilməsinə xidmət edir. Belə bir yanaşma təkcəKorsikanın tarixi və mədəni özünəməxsusluğuna təhdid yaratmır, həmdə yerli əhali ilə yeni gələnlər arasında sosial və siyasigərginliyi kəskinləşdirir. Bu gərginlik, adada etnik və mədəniziddiyyətlərin artmasına, eyni zamanda kriminal vəziyyətinnəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur. Fransa hökumətininbu siyasəti, Korsikalıların öz torpaqlarında azlıq durumuna düşməkqorxusunu gücləndirir və onların öz müqəddəratını təyin etməkhüquqlarına dair tələblərini daha da aktuallaşdırır.

Məqalədə:
Seçilən
59
6
az.trend.az

7Mənbələr