AZ

10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək

Fransa “Hər şeyi bloklayın” şüarı altında keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı asayişi qorumaq üçün 80 min təhlükəsizlik qüvvəsi yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retaillo məlumat verib.

Sentyabrın 10-da Fransada “Hər şeyi bloklayın” şüarı altında genişmiqyaslı etiraz aksiyaları planlaşdırılıb. Bundan əvvəl BFMTV kanalı məlumat vermişdi ki, daxili kəşfiyyat məlumatlarına görə, 100 min insan etiraza çıxa bilər.

"Biz böyük qüvvələr - jandarmalar, polis - 80 min nəfəri səfərbər edirik", - Retaillo France 2 telekanalında deyib.

Retaillonun sözlərinə görə, planlaşdırılmış etiraz aksiyalarının “vətəndaş şüurunun təzahürü ilə heç bir əlaqəsi yoxdur”, çünki təşəbbüs “son dərəcə zorakı” ifrat sol qüvvələr tərəfindən irəli sürülüb.

Seçilən
8
publika.az

1Mənbələr