"Real Madrid" klubu növbəti mövsüm üçün transfer çalışmalarına indidən başlayıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" Antonio Rüdiger və David Alaba ilə gələn yay yolları ayırmağı planlaşdırır.
Onların yerinə isə Dayo Upamekanonun transfer etməyi düşünürlər.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Upamekanonun "Bayern Münhen"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, azad agent kimi Madrid təmsilçisinə transfer ola bilər.