AZ

"Liverpul"un yeni üçüncü forması təqdim edilib

İngiltərənin "Liverpul" futbol klubu 2025/2026 mövsümü üçün yeni üçüncü formasını təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun texniki sponsorluğu bu yaydan etibarən məşhur alman şirkəti "Adidas" həyata keçirəcək.

Yeni formanın "Liverpul"un tarixi irsini təcəssüm etdirdiyi vurğulanıb. Formada 1987-1992-ci illər arasında istifadə olunmuş klassik "Liverpul" emblemi yer alır. Bu dizayn, keçmişin xatirələrini müasir üslubla birləşdirərək, komandanın zəngin tarixini və bugünkü stilini birləşdirir.

Bundan əlavə, "Liverpul"un kişi komandası yeni üçüncü formada debüt edəcək. Komanda, 14 sentyabr 2025-ci il tarixində, İngiltərə Premyer Liqasının 4-cü turunda səfərdə "Börnli"yə qarşı oyunda yeni geyimlə meydana çıxacaq.

Bu, klubun yeni texniki sponsorla olan əməkdaşlığının və futbol dünyasında yenilikçi yanaşmalarının bir göstəricisidir.

Seçilən
44
90deqiqe.az

1Mənbələr