AZ

"İblis" yeni təqdimatda

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin vəAzərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycanın Xalq Artisti Bəxtiyar Xanızadədir.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir.

Qeyd edək ki, yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur.

Seçilən
33
10
kulis.az

10Mənbələr