AZ

İlian İliyev Bolqarıstan yığmasından istefa verdi

Futbol üzrə Bolqarıstan milli komandasının baş məşqçisi İlian İliyev rəhbərlik etdiyi kollektivin son uğursuzluqlarına görə istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis baş məşqçi dəyişikliyinin komanda ətrafında gərginliyi azaldacağına ümid etdiyini bildirib. Federasiya rəhbərliyi onun istefasını qəbul edib. İliyevə xidmətləri üçün təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Bolqarıstan yığması DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start verib. Komanda İspaniya (0:3) və Gürcüstana (0:3) məğlub olub.

İlian İliyev 2023-cü ildən Bolqarıstan milli komandasına rəhbərlik edirdi. Sözügedən komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 18 oyun keçirib, 3 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb.

İliyev daha öncə “Çerno More”, “Beroe”, “Levski” (Sofiya), “İnterklub”, “Lokomotiv” (Plovdiv), “Vereya” kimi komandalara da rəhbərlik edib.

error: Məzmun qorunur!
Seçilən
20
4
arena.az

10Mənbələr