AZ

Azərbaycan MSK Gürcüstanda keçiriləcək seçkiləri müşahidə etməyə dəvət olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə oktyabrın 4-də keçiriləcək mer və bələdiyyə seçkilərini müşahidə etmək üçün Azərbaycana və digər dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvət məktubu göndərib.

Bu barədə AZƏRTAC-a Gürcüstan MSK-dan məlumat verilib.

Bildirilib ki, Gürcüstan MSK seçkilərin tam şəffaf, azad, ədalətli və demokratik keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.

Artıq siyasi partiyaların qeydiyyatı başa çatıb. Seçkilərdə istirak etmək üçün müraciət edən 14 siyasi partiyanın 12-si qeydiyyatdan keçib, onlara seçki öncəsi təbliğat və təşviqat kampaniyası aparmaq üçün şərait yaradılıb.

Yalnız iki partiya seçkilərdə iştirak üçün deputatlığa namizədlərini təqdim etmədiklərinə görə onların qeydiyyatı ləğv olunub.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
3
azertag.az

4Mənbələr