AZ

Qətər Dohanın bombalanmasına RƏSMİ REAKSİYA verdi

Musavat.com xəbər verir ki, İsrailin sentyabrın 9-da Dohaya endirdiyi aviazərbədən sonra Qətər Xarici İşlər Nazirliyi hadisəyə rəsmi reaksiya verib.

Nazirliyin mətbuat katibi bildirib ki, təhlükəsizlik xidməti, mülki müdafiə və aidiyyəti qurumlar insidentdən dərhal sonra fəaliyyətə başlayaraq nəticələrin aradan qaldırılması və sakinlərin, eləcə də yaxın ərazilərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüblər.

Qətər hücumu qətiyyətlə pisləyib və vurğulayıb ki, İsrailin məsuliyyətsiz davranışına və regionun təhlükəsizliyinin davamlı şəkildə pozulmasına dözməyəcək. Qətərin təhlükəsizliyinə və suverenliyinə təhdid yaradan hər hansı addım ən yüksək səviyyədə araşdırılacaq və nəticədə ətraflı bəyanat dərc olunacaq.

Musavat.com

Seçilən
95
50
musavat.com

10Mənbələr