AZ

Manamada Qarabağa "yaşıl sərmayə"nin cəlbi ilə bağlı görüş keçirilib - FOTO

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin ictra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində Bəhreynin paytaxtı Manama şəhərində Beynəlxalq İslam Maliyyə Bazarının icraçı direktoru İjlal Ahmed Alvi görüş keçirilmişdir.

QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

İjlal Ahmed İslam maliyyə bazarı iştirakçılarının investisiya yatırımlarında çox ehtiyatlı davrandıqlarını bildirdi. İnvestisiya cəlbi zamanı yerli qanunvericiliyin beynəlxalq biznes hüquq normaları, o cümlədən İslam maliyyə prinsipləri ilə harmonizasiyasına ehtiyac vardır. Bunun üçün regulyatorlarla yaxından iş görülməli onların düzgün çərçivə sənədlərini hazırlamaqların dəstək göztərilməlidir.

Sonda xatirə şəkli çəkildi.

Seçilən
17
qht.az

1Mənbələr