AZ

İsrailin Dohaya hücumundan HAMAS liderlərinin sağ çıxdığı bildirilirFOTOLAR

Xəlil əl-Hayyanın rəhbərlik etdiyi yüksək səviyyəli HAMAS nümayəndə heyəti İsrailin Dohaya hücumundan sağ çıxıb.

Xezerxeber.az xəbər verir ki, "Əl-Cəzirə" HAMAS-a istinadən məlumat yayıb.

Qətər isə İsrailin Dohada HAMAS liderlərinə hücumunu qətiyyətlə pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl Ənsari zərbənin “HAMAS Siyasi Bürosunun bir neçə üzvünün yaşadığı yaşayış binalarını hədəfə aldığını” deyib.

O, “cinayətkar hücumun bütün beynəlxalq qanunların və normaların açıq şəkildə pozduğunu, qətərlilərin və Qətər sakinlərinin təhlükəsizliyi və təhlükəsizliyinə ciddi təhdid olduğunu” bildirib.

Ənsari əlavə edib ki, Qətər “İsrailin bu ehtiyatsız davranışına və regional təhlükəsizliyin davamlı pozulmasına və onun təhlükəsizliyini və suverenliyini hədəf alan heç bir hərəkətə dözməyəcək”.

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.

Bu gün İsrail Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Doha şəhərində HAMAS üzvlərinə qarşı İsrailin hava hücumlarını izləyib.

"HAMAS-ın Qətərdəki liderlərinə qarşı əməliyyat İsrailin tamamilə müstəqil bir əməliyyatıdır", - deyilib.

“İsrail onu başlatdı, İsrail onu idarə etdi və İsrail bütün məsuliyyəti öz üzərinə götürür”, - qeyd olunub. 

Seçilən
55
50
xezerxeber.az

10Mənbələr