AZ

Putin dünya ilə məzələndi: “Gələcəyin dünyası məhəbbət və dostluq dünyası olacaq” - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən XI Birləşmiş Mədəniyyətlər Beynəlxalq Forumunun plenar iclasında çıxış edib. O, Rusiyanın çoxmillətli quruluşunu vurğulayaraq, mədəniyyətlərarası əlaqələrin vacibliyindən danışıb.

Putin bildirib ki, milli mədəniyyət yalnız digər mədəniyyətlərlə qarşılıqlı ünsiyyət və əməkdaşlıq şəraitində inkişaf edə bilər. Onun sözlərinə görə, Rusiya tarixən çoxmillətli dövlət kimi formalaşıb və bu “qiymətsiz hədiyyə” ölkənin zəngin mədəniyyətini, elm, ədəbiyyat və incəsənətdə böyük dövlət statusunu müəyyənləşdirib.

Rusiya lideri həmçinin gələcəyin dünyasına dair pafoslu bəyanatlar səsləndirib. O qeyd edib ki, bəşəriyyət yeni reallıqları mənimsəməli, eyni zamanda öz köklərini qoruyub saxlamalıdır. Putin deyib ki, gələcəyin dünyası kiberməkanda tənhalıq və eqoizm içində yaşayan insanların yox, sevgini və dostluğu dəyərləndirən, yaxınlarını qoruyan, cəmiyyətlə ayrılmaz bağlılığını anlayan insanların dünyası olacaq. 

Lakin Putinin bu açıqlamaları bizə görə açıq-aşkar ikiüzlülükdür. Çünki məhz onun rəhbərliyi altında Rusiya artıq üç ildən çoxdur ki, Ukraynada müharibə aparır, “slavyan qardaşları” adlandırdığı ukraynalıları qırır, şəhərləri dağıdır və qan gölünə çevirir. Eyni zamanda, Rusiya daxilində türk-müsəlman mənşəli vətəndaşlara — azərbaycanlılara, özbəklərə, qırğızlara, qazaxlara və digər xalqlara qarşı açıq ayrı-seçkilik, zorakılıq və həqarət gündəlik həyatın reallığına çevrilib.

Müşahidəçilərin sözlərinə görə, Putinin “dostluq, məhəbbət və qardaşlıq” çağırışları Moskvanın həyata keçirdiyi siyasətlə tam ziddiyyət təşkil edir. Rusiyanın yaratdığı mənzərə zorakılıq, işğal, nifrət və təzyiqlə doludur. Bu səbəbdən də Sankt-Peterburq forumundakı çıxış beynəlxalq aləmdə təmtəraqlı ritorika kimi dəyərləndirilir, amma heç bir real məzmun daşımır.
V. Putinin "ruhani" çıxışından bir parçanı təqdim edirik.

 

Musavat.com

Seçilən
13
20
musavat.com

10Mənbələr