AZ

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Rusiya Prezidenti Vladimir Putin gələcək dünyanı necə gördüyünü açıqlayıb. O hesab edir ki, rəqəmsal texnologiyaların inkişafı insanları kibereqoistlərə çevirməyəcək.

Bizim.Media xəbər verir ki, Putin bu mövzuya XI Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda çıxışı zamanı toxunub.

“Biz inanırıq ki, gələcək dünya eqoistlərdən ibarət deyil, tamamilə kiberməkanda itmiş və “hər kəs özünü düşünür”’ prinsipi ilə yaşayan təkbaşına insanlardan ibarət deyil. Bu dünya, hələ də sevgini və dostluğu qiymətləndirən, yaxınlarına dəyər verən, cəmiyyətlə öz sarsılmaz əlaqəsini anlayan və ona qarşı məsuliyyət daşıyan insanlardan ibarət olacaq”, — deyə Putin bildirib.


Bizim.Media

Seçilən
16
2
bizim.media

10Mənbələr