AZ

Məşhur reperin avtomobilində çürümüş cəsəd tapıldı

Reper D4vd-nin (Devid Entoni Burk onun əsl adıdır) avtomobilində çürümüş insan cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Los-Anceles polisi 8 sentyabr tarixində reper D4vd-ə məxsus "Tesla" avtomobilinə pis qoxu ilə bağlı şikayətlərdən sonra baxış keçirib. Hüquq-mühafizə orqanları avtomobilin baqaj hissəsində insan qalıqları aşkarlayıblar. Hadisə ilə bağlı ölüm işi üzrə istintaq başladılıb. Hakimiyyət hələlik mərhumun şəxsiyyətini açıqlamır.

Qeyd olunub ki, D4vd 9 sentyabrda dünya turu çərçivəsində Minneapolisdə konsert verməlidir. Reperin nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

Seçilən
32
4
publika.az

5Mənbələr