AZ

Britaniyada sığınacaq axtaranlara milyonlarla funt kompensasiya verilə bilər

Bakı. Trend:

La-Manş boğazından qanunsuz yollarla Britaniyaya gələn sığınacaqaxtaranların Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddialarnəticəsində milyonlarla funt-sterlinq kompensasiya ala biləcəyibildirilir.

Trend“Telegraph”a istinadən xəbər verir ki, Dover yaxınlığındakı keçmişBritaniya Kral Hərbi Hava Qüvvələrinin bazasında yerləşən Manstonmiqrantların saxlanma mərkəzində təxminən 200 nəfər qeyri-qanunisaxlanma və insanlıqdan kənar şəraitdə qalma ilə bağlı məhkəməyəmüraciət edib.

Şikayətlər arasında mühafizəçilərin cinsi zorakılığı, fizikitəzyiqi, şəxsi əmlakın oğurlanması, tibbi yardımın rədd edilməsi,difteriya, qaşınma kimi xəstəliklərin yayılması, çirkli və soyuqşərait, ailələrin zorla ayrılması kimi hallar göstərilib.Qanunvericiliyə görə, miqrantların 24 saatdan artıq qeyri-qanunisaxlanması hər gün üçün minimum 500 funt kompensasiya ödənilməsinəsəbəb olur. Bununla yanaşı, məhkəmələr əlavə olaraq daha yüksək vəya nümunəvi təzminat da təyin edə bilər.

Rəqəmlərə görə, ümumilikdə 18 minə yaxın miqrant Manstonda qalıbki, bu da gələcəkdə daha çox kompensasiya iddialarına yol açabilər. Xatırladaq ki, ötən ilin oktyabrında Qatvik hava limanıyaxınlığındakı Brook House mərkəzində üç ay qeyri-qanuni saxlanılanvə alçaldıcı rəftara məruz qalan bir miqranta 203 min 995funt-sterlinq təzminat ödənilmişdi.

Seçilən
11
6
az.trend.az

7Mənbələr