AZ

İsrailli jurnalistdən Türkiyəyə təhdid: “Bugün Qətər, sabah Türkiyə”

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı təşkil etdiyi hücumdan sonra İsraildən Türkiyəyə qarşı təhdid xarakterli açıqlamalar səsləndirilib.

TurkicWorld-un məlumatına görə, tez-tez Türkiyə əleyhinə açıqlamalar verən israilli jurnalist, İvrit Universitetinin müəllimi Meir Masri sosial şəbəkədə paylaşım edib.

Paylaşımda “Bugün Qətər, sabah Türkiyə”, - deyə qeyd olunub və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin fotosu yer alıb.

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının HƏMAS-dakı mənbələrə istinadən verdiyi məlumata görə, Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti İsrailin Dohaya təşkil etdiyi sui-qəsd cəhdindən xilas olub.

Seçilən
35
50
turkic.world

10Mənbələr