AZ

Emin Mahmudov Azərbaycan futbolunun tarixinə keçdi

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.

O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.

“Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.

Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.

Branimir Subaşiç: "Azarkeşlərin buna ehtiyacı var"

AFFA II Liqa klublarını cəzalandırıb

Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı müəyyənləşib

Millimiz Polşaya böyük hesabla məğlub olub

"Lənkəran" daha bir legionerin keçidini həll edib

Seçilən
75
28
apasport.az

10Mənbələr