AZ

“NİVA” sahiblərinin NƏZƏRİNƏVİDEO

"Niva" markalı avtomobillərdə qüsurlar aşkarlandığı bildirilir.

Xezerxeber.az xəbər verir ki, Rusiya KİV-lərində yayılan məlumatda bu avtomobillərdə naviqasiya və təhlükəsizlik yastığı problemlərinin olduğu qeyd edilib. Bu səbəbdən "Avtovaz" 8912 ədəd "Niva" markalı avtomobili geri çağırıb. Söhbət 2021-ci ilin oktyabrından 2024-cü ilin mayına qədər istehsal olunmuş avtomobillərdən gedir.

 Ekspert Eldəniz Cəfərov bildirir ki, sözügedən markalı avtomobilin ölkəmizdə də kifayət qədər alıcısı var. Həmin geriçağrılmaya aid olan həmin avtomobillər Azərbaycana da idxal olunub, hazırda ölkəmizdə də var.

Eldəniz Cəfərov deyir ki, geriçağrılmalar avtomobilin qiymətini endirmir, əksinə, şirkət həqiqətən də üzərinə düşəni yerinə yetirərsə, daha etibarlı tərəfdaş olduğunu göstərər. O da bildirildi ki, bazarda "Niva" markalı avtomobillərin qiyməti təxminən 17 min manat civarındadır.

Hazırda Rusiyanın avtomobil sənayesində olan böhrana görə belə avtomobillər ölkəmizə az idxal olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir

.  

Seçilən
30
xezerxeber.az

1Mənbələr