DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Offsideplus.az xəbər verir ki, Ukrayna yığmasını baş məşqçisi Sergey Rebrov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

"Biz heç bir komandanı zəif hesab edə bilmirdik. Yalnız son 10 dəqiqədə rəqib meydanında oynaya bildik. Problem Azərbaycanda yox, bizdə idi. Onlar əks-hücumlara çıxmaq üçün oynayırdılar. Belə meydanda oynamaq çətin idi".