Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda qol vuraraq, tarixi rekorda imza atıb.
Hafta.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.
O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi millinin 56-cı matçında 15-ci qola imza atıb.