GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Apple şirkəti bu gün keçirilən təqdimat tədbirində yeni nəsil iPhone 17 modelini ictimaiyyətə təqdim edib.
Globalinfo.az xəbər verir ki, şirkət bu dəfə də texnologiya və dizayn baxımından yenilikləri ilə diqqət çəkir.
Yeni iPhone 17 6.3 düym ölçülü və 120 Hz tazələmə tezliyinə malik ekranla təchiz olunub.
Bu ekran daha axıcı və təkmilləşdirilmiş görüntü təcrübəsi təqdim edir, xüsusilə oyun və multimedia istifadəçiləri üçün nəzərdə tutulub.
Cihazda Apple-ın ən yeni və güclü prosessoru olan 3 nanometrlik A19 çipi istifadə olunub.
Şirkətin verdiyi məlumata görə, yeni GPU əvvəlki modellərlə müqayisədə 20 faiz daha güclüdür, bu isə yüksək performans və enerji səmərəliliyi deməkdir.
iPhone 17 beş əsas rəng seçimi ilə təqdim olunacaq.
iPhone Air ən azı 999 dollar, iPhone 17 Pro 1099 dollardan, iPhone 17 Pro Max isə 1199 dollardan satışa çıxacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.