Krasnodar vilayətində 4,8 bal gücündə zəlzələ baş verib
Krasnodar diyarı və Adıgey Respublikasında 4,8 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 9-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Seysmik hadisə mərkəzinin 35 km dərinlikdə yerləşdiyi dəqiqləşdirilir. Eyni zamanda, yeraltı təkanların episentri Maykop şəhərindən 62 km cənub-qərbdə və Abşeronskdan 20 km cənub-qərbdə yerləşib.
Zəlzələ yerli vaxtla 19:55-də (Moskva vaxtı ilə eyni) baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
QAZİLER.AZ