Gəncədə iki piyadanı maşın vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2005-ci il təvəllüdlü Xədicə Əliyeva və 1979-cu il təvəllüdlü Pərvanə Zeynalova xəstəxanaya çatdırılıb.
Onlara ilkin yardım göstərilib. Vəziyyətləri kafidir