AZ

Makron Fransaya yeni Baş nazir təyin edib

Fransa prezidenti Emmanuel Makron müdafiə naziri Sebastyan Lekornunu Respublikanın yeni baş naziri vəzifəsinə təyin edib.Bu barədə BFMTV kanalı məlumat yayıb.

Lekornu 2020–2022-ci illərdə Fransanın Xarici Ərazilər naziri, sonrakı dövrdə isə Müdafiə naziri vəzifəsini icra edib.

Sentyabrın 8-də Fransa parlamenti baş nazir Fransua Bayrou hökumətinə etimadsızlıq səsverməsi keçirib. Etimadsızlığa 364 deputat, etimada 194 deputat səs verib. Bayrou hökuməti 9 aydan sonra iflasa uğradığını bildirib. Hökumətin istefasında sosial xərclər və dövlət borcu ətrafında müxalifətlə yaşanan ziddiyyətlər rol oynayıb. Sentyabrın 9-da Bayrou istefa ərizəsini prezidentə təqdim edib.

Seçilən
53
anews.az

1Mənbələr