AZ

ATƏT/DTİHB seçkilərlə əlaqədar Gürcüstana müşahidəçi göndərməyəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidə missiyası göndərməyəcək.

Moderator.az xəbər verir ki, bununla bağlı ATƏT/DTİHB bəyanat yayıb.

Bildirilir ki, təsisat Gürcüstan hakimiyyətindən seçki gününə bir aydan az qalmış vaxtda müşahidəyə dəvət edilib. Bu, müşahidəni mümkünsüz edir. Belə ki, şəffaf və etibarlı seçki müşahidəsi hərtərəfli hazırlıq tələb edir.

Qeyd edək ki, Gürcüstan hökuməti oktyabrın 4-də keçiriləcək seçkilərə ATƏT/DTİHB-ni sentyabrın 6-da dəvət edib.

Seçilən
42
8
moderator.az

10Mənbələr