AZ

Qız üstündə dava qanla bitdi: 15 yaşlı gənc qətlə yetirildi

Ankaranın Pursaklar rayonunda 15 yaşlı Fatih Acacı parkda həmyaşıdı D.G. tərəfindən bıçaqlanaraq həyatını itirib. 

News24.az xəbər verir ki, hadisə sentyabrın 7-də axşamı Yunus Əmrə küçəsindəki parkda baş verib.

Bədəninin müxtəlif nahiyələrindən yaralanan Acacı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, xilas edilə bilməyib. Cinayəti törətməkdə şübhəli bilinən 15 yaşlı D.G. polis tərəfindən saxlanılıb.

 Dostlarının sözlərinə görə, hadisənin qız məsələsinə görə baş verdiyi iddia olunur.

Aqil

Seçilən
78
1
news24.az

2Mənbələr