AZ

Tramp: Ukraynada müharibəni bitirmək çətindir, çünki Putin və Zelenski arasında böyük nifrət var

Mən daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyimə inanırdım. Ancaq məlum oldu ki, bunu etmək o qədər də asan deyil.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “77 WABC” radiosuna müsahibəsində deyib.

ABŞ prezidenti bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bəri, o, yeddi müharibəni bitirə bilib. Onun sözlərinə görə, bu müharibələrdən bəzilərinin ömrü 30 ildən çox olub.

Tramp etiraf edib ki, o, əvvəllər Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün çox asan olacağına inanırdı.

Tramp bildirib ki, o sülhün çox yaxın olduğunu düşünməyə başlayanda Putin Ukraynaya raket və dronlarla hücum edir.

"Əslində çox təəccüblənirəm. Mən dedim ki, bu iş kifayət qədər tez həll olunacaq. Amma bu, mürəkkəbdir. Putinlə Zelenski arasında böyük nifrət var. Bildiyiniz kimi, böyük düşmənçilik var və çoxlu qan tökülüb", - Tramp deyib.

O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hər həftə 5-7 min insan ölür.

Seçilən
48
3
apa.az

6Mənbələr